ABŞ-ın Şayenn şəhərində (Vayominq ştatı) silahlı insident baş verib.
Sabahinfo.az-ın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
İlkin məlumata əsasən, naməlum silahlı qocalar evində iki nəfəri yaraladıqdan sonra intihar edib. Onun adını polis hələ ki, açıqlamır. Yaralıların vəziyyəti barədə məlumat verilmir. İnsidentlə bağlı araşdırma aparılır.