Bu gün ABŞ və İsrail rəsmiləri təhlükəsizlik sahəsində əməkdaşlığa dair yeni anlaşma memorandum imzalayıblar.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, imzalanma mərasimi ABŞ Dövlət Departamentinin binasında keçirilib.
Sənədə əsasən, 2018-ci ilin sonundan 2028-ci ilədək Amerika Birləşmiş Ştatların yəhudi dövlətinə ayırdığı yardımın ümumi məbləği $ 38 milyard dollar təşkil edəcək. Beləliklə, hər il İsrail ABŞ-dan 3,3 milyard həcmində maliyyə yardımı alacaq, əlavə 500 milyon dollar isə raket əleyhinə müdafiənin təminatına yönələcək.