AÇ-2016: - Almaniya və Polşadan qələbə

Bu gün Avropa çempionatında qrup mərhələsinin üçüncü turu çərçivəsində daha 2 oyun keçirilib.

 

APA-nın məlumatına görə, Ukrayna Polşa ilə, Almaniya isə Şimali İrlandiya ilə qarşılaşıb.  

 

Polşa və Almaniya milliləri qələbə qazanaraq turnirin növbəti mərhələsinə  adlayıblar.

 

Avropa çempionatı – 2016

21 iyun

 

C qrupu

Ukrayna – Polşa - 0:1

Qol: Yakub Blaşikovski, 54

 

Baş hakim: Sveyn Oddvar Moen

 

Şimali İrlandiya – Almaniya - 0:1

Qol: Mario Qomez, 30

 

Baş hakim: Klemen Turpin