AFFA-nın İntizam Komitəsi Azərbaycan Premyer Liqasının VII turunda yaşıl meydanlarda baş verənlərlə bağlı 5 klubu cəzalandırıb.
sabahinfo.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Məlumata əsasən, "İnter” - ”Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib.
Oyunun 90+1-ci dəqiqəsində "İnter” klubunun texniki zonasından meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat ödəməli olacaq. "Sumqayıt” - AZAL matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat ziyana düşüb.
"Neftçi” – "Kəpəz” matçında Gəncə təmsilçisi 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat, oyunun 57-ci və 78-ci dəqiqəsində azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün 1600 manat cəriməyə məruz qalıb.
Turun mərkəzi görüşü olan "Qəbələ” – "Qarabağ” matçının 40-cı dəqiqələrində meydan sahibi azarkeşlər tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub. Oyun başa çatdıqdan sonra "Qəbələ”nin azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün isə 800 manat cərimə yazılıb.