Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
sabahinfo.Az Azerisport saytına istinadən xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunmuş ölkə birinciliyinin 6-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
"Zirə” - "Qəbələ” matçında "Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
"Neftçi” - "Sumqayıt” matçında "Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
AZAL - "İnter” matçında "İnter”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub.
Oyunun 83-cü dəqiqəsində AZAL-ın futbolçusu Məmmədov Şirməhəmməd rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 3 oyunluq cəzalanıb, klubu 800 manat cərimə olunub.