Ağcabədi rayonunda qətl - - baltalayıb öldürdülər

Ağcabədi rayonunda törədilmiş qətllə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az-ın əldə etdiyi məlumata görə, Aşağı Avşar kənd sakini, 30 yaşlı Saqibət Qədimov bu gecə naməlum şəxs və ya şəxslər tərəfindən evdən küçəyə çağırılıb. O, həmin şəxslərlə kəndin kənarına gedib və burada naməlum şəraitdə baltalanıb.

Bildirilir ki, S.Qədimov Bakıda yaşayırmış və burada tikinti sahəsində çalışırmış. O, rayona müvəqqəti olaraq yaxınlarına baş çəkməyə gedibmiş.

Qətl hadisəsi ilə bağlı araşdırmalar davam etdirilir.

******

10:01

Ağcabədi rayonunda qətl törədilib.Aşağı Avşar kəndinin yaxınlığında kənd sakini, 1985-ci il təvəllüdlü Qədimov Saqibət Asif oğlu naməlum şəxs və ya şəxslər tərəfindən baltalanıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan S.Qədimovun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Qətlin kim tərəfindən, hansı səbəbdən törədildiyi hələlik dəqiqləşməyib.

Qeyd edək ki, S.Qədimov ailəli olub.