Ağstafada narkotik plantasiyası tapılıb

Ağstafada 7 tondan çox çətənə kolu məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən rayonun Qırlı kəndi ərazisində yabanı halda bitmiş, çəkisi 7 ton 200 kiloqram olan 12000 ədəd çətənə kolu aşkar edilərək məhv edilib.