Bakı və Gəncədə iki yeniyetmə itkin düşdü

Bakı və Gəncə şəhərlərində iki yeniyetmə itkin düşüb.

Sabahinfo.az xəbər verir ki, Gəncə şəhər sakini 2008-ci il təvəllüdlü Rəfiyeva Brilyant Vüqar qızı iyulun 25-də saat 11 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Digər hadisə isə Sabunçuda qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Mustafayeva Atlas Malik qızı iyulun 26-da saat 17:20 radələrində yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Faktlarla bağlı araşdırma aparılır.