Bakıda avtomobillə vurulan qadın ağır xəsarət alıb

Bakının Xətai rayonunda avtomobillə vurulan qadın ağır xəsarət alıb.

“Report”un məlumatına görə, rayon ərazisində avtomobil yolu keçən 1976-cı il təvəllüdlü Əsgərova Ülviyyə Qulu qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Qəza nəticəsində qadının sağ ayağı və sol qolu sınıb.

Hadisənin təfərrüatı araşdırılır.