Bakıda avtomobillərdən 7000 manatlıq oğurluq olub.
Bu barədə Sabahinfo.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində müxtəlif vaxtlarda rayon ərazisində “Toyota” və “Mitsubishi” markalı 3 avtomobildən 7000 manat dəyərində səsboğucularını oğurlamaqda şübhəli bilinən Şuşa şəhər sakini Zaur Mədətzadə saxlanılıb, daha bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.
Faktla bağlı araşdırma aparılır.