Məlumat üçün bildiririk ki, 13 sentyabr 2023-cü il tarixdə Gəncliyə Yardım Fondunun akt zalında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, “Gənclərə Qayğı” İctimai Birliyinin təşkilatçılığı, “Gənclərin Töhfəsi” İctimai Birliyi və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin tərəfdaşlığı ilə “Axısxa Türkləri – Azərbaycanın sosial və mədəni həyatında rolu” adlı layihə çərçivəsində tədbir keçirildi. Tədbiri girişi sözü ilə layihə eksperti, “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin sədri Məhsəti Hüseynova açıq elan edərək, layihənin məqsədi və Axısxa Türkləriin cəmiyyətimizin həyatında oynadığı rol barədə geniş məlumat verdi. Layihənin məqsədi – Axısxa türklərinin Azərbaycanın sosial və mədəni həyatından oynadığı rolu və Azərbaycan cəmiyyətinə verdiyi töhfələri təbliğ etmək, birlik və bərabərliyimizi möhkəmləndirməkdən ibarətdir. Layihə çərçivəsində 2 günlük tədbir təşkil olunacaq. Daha sonra Saatlı rayonunda “Axısxa Türklərinin mətbəx kültürü”, “Axısxa türklərinin adət-ənənələri”, “Axısxa türklərinin tarixi Vətənlərinə qayıdış prossesi” mövzularından panel müzakirələrdən ibarət təşkil olunacağı haqqında məlumat verdi. Həmçinin Axısxa türklərinin milli geyimləri, mətbəxi sərgilənəcək, maarifləndirici kitabçalardan ibarət sərginin təşkil olumacağını bildirdi. Daha sonra Axısxa Türklərinin etnik kökəni, sürgün tarixi barədə qısa videosüjet izləndi.
Milli məclisin deputatı Jalə Əhmədova tədbir iştirakçılarını salamlayaraq, Axısxa Türklərinin soykökünə bağlı bir toplum olduqlarını və sürgünə məruz qalmalarına baxmayaraq öz milli kimliklərini qoruyub saxladıqlarını vurğuladı. Həmçinin Axısxa Türklərinin tarixinin, mədəniyyətinin gənc nəsil arasında təbliğinin böyük önəmə malik olduğunu bildirdi.
Layihə rəhbəri, Dünya Alpaqut Federasiyasının vitse-prezidenti, Axısxa türkü Emil Rəhimov Axısxa Türklərinin Azərbaycanın sosial-mədəni həyatına töhfələrindən və Axısxalıların sürgün tarixi barədə məlumat verdi.
“Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev layihə çərçivəsində hazırlanmış “Axısxa Türkləri - Azərbaycanın sosial və mədəni həyatında rolu” adlı kitabça haqqında və kitabın ərsəyə gəlməsində istifadə olunan qaynaqlar barədə məlumat verdi.
Azərbaycan İlahiyyət İnistitutunun dosenti, kafedra müdiri Ahmet bəy Niyazov “Axısxa Türklərinin etnik kökəni, mədəniyyəti və adət-ənənələri” barədə geniş təqdimat etdi. Həmçinin gənclərin suallarını cavabladı.
Tanınmış siyasi şərhçi Turab Rzayev Axıxsa Türklərinin Vətənə qayıdış prossesində görülən işlərdən, həmçinin bu istiqamətdə atılacaq addımlar barədə məlumat verdi.
“Dialoq və İnkişaf Naminə” İctimai Birliyinin sədri Çingiz Bayramov birinci və ikinci Qarabağ savaşında Axısxa Türklərinin qəhrəmanlıqlarından danışdı.
Tədbirdə “Miqrasiya Sahəsinin İnkişafı” İctimai Birliyinin sədri Vidadi Fətullayev, “Regionların sosial-iqtisadi və kənd təsərrüfatının inkişafına dəstək” İctimai Birliyinin icraçı direktoru Zülfiyyə Nuriyeva, sosial məsələlər üzrə ekspert Rüxsarə Axundova , “Psixoloji Maarifləndirməyə Dəstək” İctimai Birliyinin sədri Kamil Həmidov, “Mübarizlər” Vətənpərvərliyin Təbliği İctimai Birliyinin sədr müavini Gülnar Nəsirli, “Əbədi Birlik” İctimai Birliyinin sədri Şahin Əliyev, “Gənclərin Töhfəsi” İctimai Birliyinin idarə heyəti və fəal gənclər iştirak edirdi. Sonda iştirakçılara “Axısxa Türkləri – Azərbaycanın sosial və mədəni həyatında rolu” adlı kitabçalar paylanıldı.