Bakıda daha bir bəşəri mahiyyətli tədbir tarixləşdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin hər rəsmi səfəri, hər rəsmi q­ə­bu­lu, dövlətlərarası hər tədbirdə çıxışı Azərbaycan dövlətçiliyinə ehtiram kimi izlənilir. Cənab Prezidentin mart ayının 13-də “Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevril­mə­si” mövzusunda keçirilən XII Qlobal Bakı Forumunda çıxışı da bunun təzahürüdür. Son dərəcə vacib bir problemə həsr olunan bu Forumda Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin bütün üzv­lə­ri­nə, onun İdarə Heyətinə, həmsədrləri - xanım Vayra Vike Freyberqaya, cənab İsmayıl Se­ra­gel­di­nə Mərkəzin həqiqətən böyük transformasiyasına verdikləri töhfəyə və dünya miqyaslı fəaliy­yətinə görə minnətdarlığını bildirən cənab Prezident dedi ki, “...çox fərəhlənirik ki, təxminən 200 ölkənin yekdil qərarı ilə seçildik. Bu, olan hörmətin, etimadın təzahürü, eləcə də yaşıl keçid üzrə fə­a­liy­yətimizə verilən qiymət idi. Baxmayaraq ki, faydalı qazıntılarla zənginik, gündəliyimizdə bər­paolunan enerjiyə diqqət yetirilir. Bu gün artıq qərara alınıb ki, gələn illərdə Azərbaycanın bərpaolunan enerji imkanları faydalı qazıntıdan olan enerji istehsalına demək olar ki, bərabər olacaq. Bu gün Azərbaycanda yaradılmış enerji istehsalı imkanları 8 giqavatdır. 2030-cu ilə qədər bərpaolunan enerjidən, əsasən günəş və küləkdən, o cümlədən Azərbaycanın azad edilmiş əra­zilərdəki hidroresurslardan əlavə 6.5 giqavatlıq enerji güclə­rimiz olacaq. Belə­liklə, bu günə olan potensialımızı demək olar ki, iki dəfə artıracağıq. Bunun sayəsində nəinki neft və qazı, o cümlədən yaşıl enerjini də ixrac edə biləcəyik...”.

Dünyəvi siyasət Paris Sazişini unutmur, bu saziş hələ də dünya dövlətlərinin diqqətindədir. Azərbycan Respublikasının Prezidenti cənab İlham Əliyev zaman anlamında dünənlərlə bu gün, dünənlərlə sabahlar arasında məntiqi siyasi bağlılıq olduğunu da xatırladaraq bildirdi ki, “Əsas mərhələlərdən, nailiyyətlərdən biri 10 ildən artıq keçilməz nöqtə olan Paris Sa­zişinin 6-cı mad­dəsi üzərində konsensus idi. On ildən artıq idi ki, tərəflər razılığa gələ bilmirdi. Lakin burada
konsensus əldə edə bildik və karbon bazarını işlək etdik. Bir sözlə, bu, prosesin gələcəkdə inkişafı üçün çox əhəmiyyətlidir. Digər mühüm nailiyyət ondan ibarət idi ki, Bakıda COP29-da bərpaolunan enerji layihələri üçün maliyyələşmənin əvvəlki 100 milyarddan 300 milyard dollara qədər artırılmasına nail olduq. Bəli, bilirik ki, bəzi ölkələr bundan tam razı qalmadı. Onlar daha böyük artım istəyirdilər. Lakin, düşünürəm ki, maliyyələşmənin üç dəfə artırılması lazımınca qiymətlən­dirilməlidir. Buna görə, Bakıdakı COP29 “Bakı sıçrayışı” adlandırıldı və bu, mühüm irsdir”.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Forumda COP29-u boykot edən yeganə ölkə olan Ermənistanın Azərbaycana qarşı apardığı ədalətsiz müharibənin nəticələrindən, müahribə və işğal zamanı Azərbaycanın milli dəyərlərinə qarşı yönəldilmiş vəhşiliklərdən və s. danışaraq bildirdi: “Ermənistanın işğalı və təcavüzü nəticəsində Azərbaycan xalqının çəkdiyi əzab-əziyyətləri yaddan çıxara bilmərik və çxarmayacağıq. Azad olunmuş ərazilərə səfər edənlər barbarlıq səviyyəsini görə bilər. Bütün şəhərlərimiz xarabalığa çevrilib. İndi isə onları yenidən tikirik. Hər bir şey yerlə-yeksan olunubdur və bu. kəndlərimizə, şəhərlərimizə qarşı bilərəkdən urbisid idi, di­nimizə və tarixi irsimizə qarşı bilərəkdən zərbə idi...”.

“Dünya düzəninin yenidən düşünülməsi: Çağırışların fürsətə çevril­mə­si” mövzusunda keçirilən XII Qlobal Bakı Forumu həm gərəkli dünyəvi tədbir kimi, həm də bu gərəkli tədbirdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bəşəri mahiyyətli çıxışı ilə ta­rix­ləşdi...

 

Səbinə XASAYEVA,

Milli Məclisin deputatı