Bakıda gəmidə yanğın - 2 nəfər xəsarət alıb - YENİLƏNİB

Xəbər verdiyimiz kimi, Bakıda gəmidə yanğın baş verib.

Sabahinfo.az xəbər verir ki, yanğın "CASPİAN POWER" gəmisində baş verib.

"CASPİAN CHALLENGER" gəmisi vasitəsilə 40 nəfər təxliyə edilib.

***

08:52

Bakıda gəmidə yanğın baş verib.

Sabahinfo.az xəbər verir ki, hadisə "Qərbi Çıraq" platformasının yaxınlığında qeydə alınıb.

Yanğın gəminin mühərikindən başlayaraq, qısa müddət ərzində digər hissələrə də yayılıb.

Yanğın zamanı gəmidəki şəxslər təxliyə edilərək təhlükəsizliyə köçürülüb.

Təxliyə prosesində digər bir gəmi istifadə edilib.