Bakıda gənc qız 8-ci mərtəbədən yıxılaraq ölüb

Bakının Nərimanov rayonunda bədbəxt hadisə zamanı 18 yaşlı qız dünyasını dəyişib.

Sabahinfo.az xəbər verir ki, hadisə Koroğlu Rəhimov küçəsində baş verib.

2004-cü il təvəllüdlü Heydərova Fidan Rüfət qızı yaşadığı binanın 8-ci mərtəbəsində yerləşən mənzilin eyvanında paltar asarkən yerə yıxılıb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.(apa)