Bosniyanın Sarayeva şəhərində keçirilən, 2019-cu ilin Kikboksinq üzrə Dünya çempionatı( WAKO ) sona çatdı. Azərbaycan Kikboksinq Fedarasiyasının idmançıları yarışda yüksək nəticələr əldə ediblər. Qazanılan uğurlardan sonra Azərbaycan yarış sıralamasında bir neçə pillə irəliləyərək 59 ölkə arasında 10-cu yerdə qərarlaşıb. Azərbaycan Kinkboksinq Fedarasiyasının prezidenti, millət vəkili Adil Əliyev qazanılan uğurlar və ölkə gündəmində duran məsələrlə bağlı SABAHİNFO.AZ saytına müsahibə verib.
-Adil müəllim. Bosniyanın Sarayeva şəhərində
keçirilən dünya çempionatında 2 qızıl, 2 gümüş, 5 bürüc medal olmaqla ümumi 9
medal qazanıldı. Bu möhtəşəm yarışla bağlı sizin fikirlərinizi bilmək istərdik.
-Bu kimi mötəbər yarışlarda əsas nəticədir.
21 idmançı, 3 hakim, 4 məşqçi heyyəti ilə qatıldığımız yarış bizim üçün
gözəl keçdi. Qazanılan medallar, ən əsası Azərbaycan bayrağının arenada
dalğalanması qürurvericidir. Təbii ki,
gözləntilərimiz daha çox idi. Ancaq alınmadı. Bu yarış bir daha onu göstərdi
ki, idmançılarımızın yarış təcrübəsi azdır.
Bizim peşəkar idmançılarımız var ki, baxırsan birinci görüşdə məğlub
olur. Birinci görüşdə qalib gələn idmançılarımız isə finala qədər gedir. Bütün
bunları nəzərə alıb biz yerlərdə çoxlu yarışlar keçirməli, davamlı olaraq beynəlxalq
yarışlarda təmsil olunmalıyıq ki, idmançılarımız yarışlarda açılışa bilsinlər.
Belə olan halda qazanılan medallarımızın sayı daha da çox olacaq.
-21 idmançı ilə belə uğurun əldə olunacağını
gözləyirdiniz?
-Yuxarıda qeyd etdim. Bizim medala layiq elə idmançılarımız var idi ki, elə ilk
görüşdə yarış həyəcanı və digər məsələlər onun bacarığını ortaya qoymasına
imkan vermədi. Bir məsələni də qeyd etməliyəm ki, ümumilikdə WAKO yarışları çətin
olur. Bu yarışlarda dünyanın ən güclü, peşəkar idmançıları rinqə çıxır. Medallar daha çox ola bilərdi. Bu dəfə belə
alındı...
-Yarışlarda hakim ədalətsizliyi qaçılmazdır.
Bu yarışlarda idmançılarımız hakim ədalətsizliyi ilə üzləşmədi?
-Hakim
ədalətsizliyi olur. Bu yarışda isə demək olar ki, biz hakim ədalətsizliyi ilə
üzləşmədik.
-Bizdə məlumat var ki, yarış əsnasında Bosniyaya
telefon açmısınız. İdmançılara stimul vermisiniz.
-Bəli.
Mütəmadi olaraq mən idmançılarla ya görüntülü və ya telefonla əlaqə
saxlayırdım. Hər bir idmançımızın yarışını izləyirdim. İdmançımızın hazırlanıb
rinqə çıxması, rinqdə hansı fəndlərdən istifadə etməsi və digər prosesləri izləyirdim.
Vacib anlarda telefon da açmışam. Tövsiyyələrimi vermişəm.
-Yarışlar artıq başa çatdı. Qarşıda növbəti
yarış var. Səhv etmirəmsə Türkiyədə keçiriləcək. İdmançılarımızın çatışmamazlıqlarının
aradan qaldırılması istiqamətində hansı addımlar atırsınız?
-Biz hər il Naxçıvanda ümummilli lider Heydər
Əliyevin xatirəsinə həsr olunmuş yarışlar keçirirdik. Bu il yarışlar Ramazan
bayramı günlərinə təsadüf etdiyi üçün bir bunu keçirə bilmədik. Çalışırıq ki,
peşəkar və həvəskar yarışlar çox olsun.
Yarışların çoxluğu bilavasitə idmançılarımızın yetişməsinə,
çatışmamazlıqlarımızın aradan qaldırılmasına şərait yaradır.
- Kikboksinq İdman növünə maraq artır.
Yerlərdə zallar açılır. İdmançılar yetişir. Ancaq bunun fonunda maliyyə
problemi hələ də qalmaqdadır. Bu problemin həlli ilə bağlı ölkədə fəaliyyət
göstərən şirkətlər və digər qurumlara müraciət edirsinizmi?
-Kinboksinq İdmanı elə bir idmandır ki, bu
idman növü üzrə çoxlu idmançı yetişdirmək lazımdır. Bizim idmançılarımız var.
Ancaq maliyyə imkanları idmançılarımızın beynəlxalq arenalarda təmsil
olunmasına imkan vermir. Nüfuzlu şirkətlərə, Milli Məclisdə təmsil olunan bəzi
həmkarlarıma müraciət edirəm. Heç biri kömək etmir. İnsanlarımız ümumiyyətlə bu
məsələlərə biganədir. Bəzi fedarasiyalar var. 10-15 milyon pul xərcləyirlər biz
isə 50 min pul xərcləyirik. Onların da nəticəsi bizim nəticələrdən çox deyil.
-Hökumətə müracətləriniz olubmu?
-Dövlətimizin bu gün başqa problemləri də
var. Biz bu gün bu məsələlərlə dövləti narahat etmirik. Hökumət Gənclər və
İdman Nazirliyi bizə maksimum köməklik göstərir. Onlardan razıyam. İstənilən
müraciətlərimizi cavabsız qoymurlar. Bu məsələ elə bir məsələdir ki, buna təkcə
dövlət qurumu deyil. İnsanlar da dəstək olmalıdırlar. Bir sıra iş adamı var
ki, öz şəhidinə, öz qazisinə biganə
yanaşır. Onlar idmançılarımıza da biganə yanaşır. Onların işi ancaq yeyib işməkdir.
Heç kabinetdən başını kənara çıxarmır ki, görək çöldə nə var, nə yox. Bir
idmançının başını tumarlayıb, cibinə pul qoyub yarışa göndərmək bunlara ağır gəlir.
Çünki milli deyillər. Bu vətənə xidmət etmək yeyib-içməkdən ibarət deyil.
-Siz bir çox tədbirlərə qatılırsınız. Bu
problemə toxunursunuz.
-Bütün
problemlərin başında biganəlik durur. Ölkəyə bağlı olmamaq durur. Milli şüurun,
milli təfəkkürün olmaması durur. Ona görə də, problemlərin həlli üçün milli dəyərlərə
qiymət verən gənclərimizin yetişməsi, onların savadlı olması lazımdır. Bu
yaxınlarda bizim xanım balamız Arzu Məmmədova ABŞ-da Pozlerin cavabını verdi.
Bu hadisə məni o qədər sevindirdi ki, o qədər razı qaldım ki, bax belə
övladlarımız var. İstəyərdim ki, burda, xaricdə təhsil alanlar bu cür fəal
olsunlar. Yəni, heç nəyə baxmadan milli marağı qorumalısan. Milli marağı heç nəyə
qarışdırmaq olmaz. Ac da qala bilərsən, susuz da qala bilərsən. Ancaq milli
marağı heç nəyə qurban verməməlisən. Bunlar olmayana qədər biz bu problemləri
yaşayacayıq, biganəlik hökm sürəcək.
Dövlət başçısı cənab İlham Əliyev bizim qarşımızda bir tələb qoyub. Bu tələb
də idmanın kütləviliyini artırmaqdır. Biz də bu tapşırıqı heç bir təmənnasız
yerinə yetiririk. AKF heç vaxt təmənna güdməyib. Bizdə hamı maaşsız işləyir.
Bizim idarə heyətimiz var, vitse-prezidetlərimiz var. Mənim yaxın dostlarım var
hansı ki, onlara müraciət edirəm ki, hərəniz bir idmançıya dəstək olun. Artıq
dostlarımı da bezdirmişəm. Bugün bizim
işimiz ordan-burdan pul tapıb idmançılarımızı yarışa gönsəririk. Mən də bunu vətənə
xidmət kimi qiymətləndirirəm, dəyərləndirirəm. Əfsuslar olsun ki, hər kəs bunu
dərk-etmir, başa düşmür.
-Təhsil Nazirliyi ilə əməkdşlığınız var idi.
O layihə nə yerdə qaldı?
-Təhsil
Nazirliyinə tabe olan müəssisələrin idman zallarında bizim müəllimlər məşqlər
keçirlər. Fedarasiya olaraq müəllim çatışmamazlığımız var. Bu səbəbdən bütün məktəbləri
əhatə etmək olmur. Burada bir məsələdə var
ki, sözügedən zallarda kikboksinq idman növü ilə məktəbin bədən tərbiyyəsi
dərsləri keçirilir. Bu da bizim işimizə müəyyən çətinliklər yaradır. Hazırda
biz əsas məqsədi klublarımızın çoxaltmasına yönəltmişik. Elə bir şəhər, rayon
yoxdur ki, orada klublarımız olmasın. Bununla yanaşı saxta fedarasiyalar,
idmançılar və müəllimlərə qarşı mübarizə aparırıq. Kikboksinqdən başı
çıxmayanlar klub açır, dərs deyir. Biz onların çoxuna lisenziya verməmişik. Mən
istəyirəm ki, hər kəs bu idmanla məşğul olmaq istəyirsə yazıldığı yerdən
lisenziya tələb etsin.
-Millilikdən danışdıq. Milli Şura deyilən
qurum noyabrın 2-nəı mitinq təyin edib. Hazırkı şəraitdə belə bir aksiyalara nə
dərəcədə ehtiyac var?
-Bunların
hamısının başında milli düşüncədən kənar insanlar, xarici təsirlərə uyan
insanlar dururlar. Bizim Sərbəst Toplaşmaq haqqında qanunumuz var. Qanunda
aksiyalarla bağlı bütün müddəalar yetərincə öz əksini tapıb. Qanun çərçivəsində
aksiyaların keçirilməsi normaldır. Ancaq
bunlar qanunu pozurlar, özləri azmış kimi ətrafda olan insanların istirahət
hüquqlarını pozurlar. Hökumət də bu kimi halların qarşısını almaq üçün addımlar
atır. Buna da polis zorakılığı deyə don geyindirirlər. Əgər sən mitinq keçirmək
istəyirsən sə yer ayrılır. Ayrılan yerdə aksiyanı keçir. Biz də baxaq görək sənin
ətrafına nə qədər adam yığışır. 2003-cü ildə biz bunun şahidi olduq. İnsanların
maşınlarına, dükanlarına ziyanlar dəydi. Biz bunları görmüşük. O üzdən indiki
halda bu kimi icazəsiz aksiyalar yolverilməzdir.
Fikir
verin. Aksiyaya çıxan adamlara baxanda bilmək olmur ki, bunlar dini mənsəblərin
nümayəndələridir, ya hökumətdən narazı kütlədir, ya müxalifətdir. Heç nəyi aird
etmək olmur.
-Mitinqi müxalifət edir, inqilabı Cənab
Prezident İlham Əliyev. Dövlət başçısının son kadr dəyişikliyinə necə
baxırsınız?
-Atılan bu addımı yüksək dəyərləndirirəm.
Yaşlı insanlarımız yorulublar. Ərzələr yazırlar. Dövlət rəhbəri də onların
yerinə işini yaxşı bilən, gənc, vətəninə,millətinə başlı olan kadrları həmin vəzifəyə
təyin edir. Hər bir dəyişiklik ölkənin
yaxşı inkişaf etməsinə xidmət edir. Əsas odur ki, yeni təyin olunan məmurlar vətəndaşlarımız
üçün səmərəli fəaliyyət göstərsinlər. İnsanlarımız brokratik əngəllərlə üzləşməsinlər.
-Təcrübə göstərir ki, yaşlı nəsil vəzifədən
getmək istəmir. Elə bəzi millət vəkilləri var ki, qarşıdan gələn seçkilərdə
iştirak etməkdə israrlıdır.
-Millət
vəkillərini xalq seçir. Baxın. 90 yaşında olan insan xalq üçün elə bir iş görə
bilər ki, o gəlib millət vəkili olar. Xalq seçəndən sonra Milli Məclis rəhbərliyi
deyəcək ki, yox sənin yaşın 90-dır. Sənə seçilmək olmaz? Və ya bir gənc. Milli Məclisə üzv seçilir.
Bunu kimsə əmrlə, və ya sərəncamla təyin etmir ki ora.
-Elə
millət vəkilləri var ki, nə pleniar iclasda, nə də komitə iclaslarında
danışmır..
-Milli
Məclisdə danışmamaq fəaliyyət göstərməmək demək deyil. Danışmayan dedikləriniz millət vəkilləri o qədər
fəal iş görürlər ki, o insanlarla bağlı danışmaq və ya danışmamaq müzakirə
mövzusu deyil. Milli Məclis pafoslu
çıxışlar yeri deyil. Orada danışıb nəyisə dəyişə biləcəksənsə ondan
danışmalısan. Qanun layihəsinin 3-cü oxunuşunda hər hansı təkliflə çıxış etmək
təbii ki, gülüş doğurur.
-Cümlə qura bilməyən deputatlar da var...
-Ola
bilər ki, belə hallar olsun. Cümlə qura bilməyən deputatın məsuliyyətini onun
seçiciləri daşıyır.
-Prezident İlham Əliyevin yanında iqtisadi
müşavirə keçirildi. Cənab Prezident bir çox məsələyə toxundu. Əsas diqqət çəkən
məsələ büdcədə şişirdilmiş rəqəmlərlə bağlı idi. Bu yöndə nə deyə bilərsiniz?
-Baxırsan küçədə hər hansı təmir işi aparırlar. Fəhlələr iş görür onların müdirləri Leksus maşından düşür. Sizə sual edirəm. Bu necə ola bilər? Mən düşünürəm ki, ən çox şişirdilmiş rəqəmlər tikinti sahəsi ilə məşğul olan təşkilatlar tərəfindən həyata keçirilir. Bununla yanaşı həyata keçirilən tenderlərdə şəffaflıq yoxdur. Mən bugünə qədər bilmirəm ki, tenderdə iştirak etmək necə olur? Bir dəfə də olsun tenderlərdə iştirak etməmişəm. Bir dəfə də olsun dövlətin təmir tikinti, idxal və digər əməliyyatlarında iştirak etməmişəm. Cəhd göstərməmişəm. Aidiyyatı qurumlar var. Onlar bu işlərə nəzarət etməlidirlər.
-"Dağlıq Qarabağ Azərbaycanındır !” devizi
sizə nəyi ifadə edir?
-Nöqtə
ilə bu məsələni sona çatdırmamışıq, sual
işarəsi ilə kiməsə sual etməmişik. Nida ilə bu məsələdə qətiyyətimizi nümayiş
etdirmişik. Cənab Prezident bunu Soçidə keçirilən mötəbər tədbirdə vurğuladı.
Yerində və zamanında deyilən ifadədir. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə
bağlı dövlətimiz öz üzərinə düşən vəzifəni görür. İşlər aparılır. Bu dünya siyasəti idi ki, biz gəldik buna
düçar olduq. Dövlət heç zaman Qarabağdan
imtina etməyib. Aprel hadisələri, Günnüt
hadisələri bunu bir daha sübut etdi. Tarixə nəzər salaq. Yeganə cənab Prezident
İlham Əliyevin hakimiyyəti illərində Azərbaycan
torpaq itirməyib. Ən azından buna qiymət vermək lazımdır.
Ədil Ədilzadə