"İslam dinində yas mərasimlərində yemək verilməsi sonradan meydana çıxıb. İslam yeni yarananda belə şeylər olmayıb. Hazırda bir çox klassik islam ölkəsində yas mərasimlərində yemək verilmir. Azərbaycanda bununla bağlı izahat işləri aparılıb və nəticələr var”.
Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib. M. Qurbanlı deyib ki, hazırda demək olar, yas mərasimləri 3 günlə yekunlaşır və bir çox yerdə yas mərasimlərində yalnız çay süfrələri açılır: "Artıq insanlar başa düşürlər ki, yemək ehsan deyil, yemək ehsanların sırasında bəlkə də sonuncu yerdə dayanır. Ehsan tamam geniş anlayışdır və yeməklə bağlı deyil”.