AST Telmanın qardaşı biznesmenlərin qətlində ittiham olunur - YENİLƏNİB

Telman İsmayılovun qardaşı Rafiq İsmayılov qətlini sifariş verdiyi Vladimir Savkinə 5 milyon 500 min dollar borclu imiş. 

sabahinfo.Az Lent.Az-a istinadən xəbər verir ki, bu barədə Rusiya KİV-ə istintaq orqanlarındakı mənbədən məlumat daxil olub. 

Mənbənin dediyinə görə, bir neçə il öncə onların Moskvada şərikli əyləncə mərkəzləri olub. Sonradan həmin mərkəzi satıblar. İsmayılov ümumi puldan 5 milyon 500 min dollar götürərək tezliklə qaytaracağını söz verib, amma qaytarmayıb.

Qətlə yetirilən Yuri Brilyov isə təsadüfən hadisə yerində imiş. Savkin görüşə tək getməmək üçün dostunu da özüylə götürübmüş. Nəticədə hər ikisi killerin qurbanı olub.

11:03

Rusiya İstintaq Komitəsinin əməkdaşları hesab edir ki, Telman İsmayılovun qardaşı Rafiq İsmayılovun bu ilin mayında baş vermiş iki cinayətdə bilavasitə iştirakı var.

sabahinfo.Az xəbər verir ki, bu barədə APA "dni.ru” saytına istinadən məlumat verir.

Məlumata əsasən, R.İsmayılov qətlləri törədən killer Mehman Kərimovumüşayiət edib.  Əvvəlcə onlar Vladimir Savkin və Yuri Brilyov adlı sahibkarlarla yanacaqdoldurma stansiyasında görüş keçiriblər.

"Sahibkarlardan bir neçə dəqiqə əvvəl Telman İsmayılovun qardaşı oğlu Raula məxsus "Mercedes” avtomobili ora gəlib. İstintaq müəyyənləşdirib ki, avtomobildə killer Mehman Kərimovla birlikdə Rafiq İsmayılov da olub. Bunu müşahidə kameraları qeydə alıb”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib. 

M.Kərimov iş adamları ilə söhbət edərkən R.İsmayılov avtomobildən düşməyib. Sonra iş adamları öz avtomobillərinə əyləşərək vilayət istiqamətində hərəkət ediblər, killer və R.İsmayılov isə bu dəfə ayrı-ayrı avtomobillərdə onları izləyib.

Saat 22:40-da hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Novorijsk şosesinin 30-cu kilometrliyində V.Savkin və Y.Brilyovun avtomobili aşkarlanıb. Onların hər ikisinin başlarından vurularaq öldürüldüyü müəyyən olunub.

Qısa müddət sonra şübhəli şəxs M.Kərimov yaxalanıb. O, günahını boynuna alıb. Müəyyən olunub ki, M.Kərimov qətldən öncə bir neçə dəfə R.İsmayılova zəng edib. O da müəyyənləşib ki, R.İsmayılovla V.Savkin arasında münaqişə var imiş. Onlar Moskvada iri biznesin şəriki olublar, həmin biznesin satışından sonra R.İsmayılov bütün pulu özünə götürüb. 

"O, Savkinə bir neçə milyon dollar verməli imiş və Savkin bu pulu qaytarmağa çalışırmış. Mehman Kərimov bu işdə vasitəçi rolunu oynayıb və münaqişəni həll etmək üçün iş adamları ilə danışığa gedib”, - deyə hüquq-mühafizə orqanlarından bildiriblər.

Məhkəmə R.İsmayılov haqqında həbs qətimkan tədbiri seçib. O, günahını inkar etsə də, M.Kərimov sahibkarlarla danışıq apardığı zaman avtomobildə olduğunu boynuna alıb.  

10:19

Azərbaycanlı biznesmen Telman İsmayılovun qardaşı Rafiq İsmayılovRusiyada həbs edilib.

sabahinfo.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Rafiq İsmayılov Moskva biznesmenlərinin güllələnməsində təqsirli bilinir. 

Hüquq-mühafizə orqanları R.İsmayılovu ticarət komplekslərinin sahibi Vladimir Savkin və "Lublino motors”un təsisçi Yuri Brilevin qətlində şübhəli hesab edir. İsmayılov və onunla əlbir olan Mehman Kərimova "iki və daha artıq şəxsin öldürülməsi” maddəsi ilə ittiham irəli sürülüb.

Qeyd edək ki, hər iki qətl hadisəsi ötən il mayın 26-da baş verib.