Avro-2016: - Türkiyə məğlub oldu

Matçda yeganə qolu Luka Modriç vurub.

Türkiyə yığması Fransada keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.

sabahinfo.az xəbər verir ki, "D” qrupunda yer alan Fatih Tərimin yetirmələri Xorvatiya millisi ilə qarşılaşıb.

Matç xorvatların minimal hesablı qələbəsi ilə bitib - 1:0.

Oyunda yeganə qolu ilk hissəsinin 41-ci dəqiqəsində "Real”ın yarımmüdafiəçisi Luka Modriç vurub.