Avropa İttifaqı qeyri-leqal miqrasiyanı dayandırmaq yaxud ciddi şəkildə azaltmağı planlaşdırır. sabahinfo.az saytı xarici mediaya istinadən xəbər verir ki, bu barədə Slovakiyada səfərdə olan Almaniya kansleri Angela Merkel bildirib.
Merkel həmçinin vurğulayıb ki, hazırda səs-küylü bəyanatların və Avropa sazişlərinə dəyişiklik edilməsinin zamanı deyil: "Hesab edirəm ki, Bratislava fəal işlərin görülməsi üçün bir başlanğıcdır. Hazırda hər hansı bəyanat vermək, müqavilələri dəyişməkdən söhbət getmir”.