2015/2016 mövsümündə Azərbaycanı Avropa Liqasında təmsil edəcək klubların bütün potensial rəqibləri bəllidir Lent.az-ın məlumatına görə, Premyer Liqada ardıcıl olaraq 2, 3 və 4-cü yerləri "İnter", "Qəbələ" və "Neftçi" mübarizəyə I təsnifat mərhələsindən başlayacaq.
Püşk zamanı reytinq xalları yüksək olan "İnter" və "Neftçi" səpələnmişlər səbətində yer alacaq. Bu da hər iki klubun nisbətən zəif rəqiblərlə qarşılaşmasına şərait yaradacaq.
Tarixində ikinci dəfə AL-də çıxış edəcək "Qəbələ" səpələnməmişlər səbətində qərarlaşacaq. "Qırmızı-qaralar" turnirin ilkin təsnifat mərhələsində nisbətən güclü rəqiblə üz-üzə gələcək.
Püşkatma mərasimi iyunun 22-i keçiriləcək.
AL-in I təsnifat mərhələsinin ilk oyunları iyulun 2-də, cavab qarşılaşmaları isə iyulun 9-u keçiriləcək.
"İnter" və "Neftçi"nin potensial rəqibləri: "Çukariçki" (Serbiya), "Selye" (Sloveniya), Ferensvaroş” (Macarıstan), "Nomme Kalyu", "Flora" (Estoniya), "Sutyeska" (Monteneqro), "Skonto" (Latviya), "Vikinqur" (Farer adaları), "Renova" (Makedoniya), "Odd Qrenland" (Norveç), "Kukesi" (Albaniya), "Skendiya" (Makedoniya), "Kayrat" (Qazaxıstan), "Ordabaşı" (Qazaxıstan), MTK (Macarıstan), "Şirak" (Ermənistan), "Mladost" (Monteneqro), "Laçi" (Albaniya),"Ulises" (Ermənistan), "Saxan" (Moldova), "Qlentoran" (Şimali İrlandiya), VPS (Finlandiya), "Dinamo" (Batumi, Gürcüstan), "Spartak" (Gürcüstan), "Slima" (Estoniya), "Lusitanos" (Andorra), SJK (Finlandiya), "Lahti" (Finlandiya), "Vikinqur" (İslaniya), "Jelqava" (Latviya), NSİ (Farer adaları), "Sent-Culiya" (Andorra), "Atlantas" (Litva), "Qlenavon" (Şimali İrlandiya), "Kork Siti" (İrlandiya), UCD (İrlandiya), "Kruoya" (Litva), "La Fiorita" (San Marino), "Eirbas" (Uels), "Partizani" (Albaniya), "Proqres" (Lüksemburq), "Trakai" (Litva), "Spartaks" (Latviya), "Balzan" (Malta), "Bala Taun" (Uels), "Nyu Taun" (Uels), "Yuvenes" (San Marino), "Alaşkert" (Ermənistan), "Kollec" (Cəbəllütariq)
"Qəbələ"nin potensial rəqibləri: "Vest Hem" (İngiltərə), "Şerif" (Moldova), "Rusenburq" (Norveç), "Elfsborq" (İsveç), "Hayduk" (Xorvatiya), "Apollon" (Kipr), "Omoniya" (Kipr), "Slovan" (Slovakiya), AİK (İsveç), "Slask" (Polşa), "Jilina" (Slovakiya), "Aktobe" (Qazaxıstan), "Qo Ehed İqls” (Hollandiya), "Srvena Zvezda" (Serbiya), "Debretsen" (Macarıstan), "Brondbi" (Danimarka), "Şaxtyor" (Belarus), "Dinamo" (Gürcüstan), "Liteks" (Bolqarıstan), "Voyvodina" (Serbiya), "Spartak" (Slovakiya), "Hafnarfyordur" (İslandiya), "Sent-Conston" (hər ikisi Şotlandiya), "Jelezniçar" (Bosniya və Hersoqovina), "Randers" (Danimarka), "Reykravik" (İslandiya), "Yagelloniya" (Polşa), "Botoşani" (Rumıniya), "Lokomotiv" (Xorvatiya), "Şemrok Rovers” (İrlandiya), "Dudelanj" (Lüksemburq), "Linfild" (Şimali İrlandiya), "Valletta" (Malta), "Differanj" (Lüksemburq), "Rabotniçki" (Makedoniya), "Torpedo" (Belarus), "Aberdeen" (Şotlandiya), "Daçiya" (Moldova), "Koper" (Sloveniya), "Sent-Patrik" (İrlandiya), "Beytar" (İsrail), "Zrinski” (hər ikisi Bosniya və Herseqovina), "HB Torshavn” (Farer adaları), "Buduçnost" (Monteneqro), "Birkirkara" (Malta), "Domzale" (Sloveniya), "Vaduz" (Lixtenşteyn)