Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi Nizami rayon İcra Hakimiyyətində "Birinci Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirib.
Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis və səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin, Birinci Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin səlahiyyətli nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nizami rayon İcra Hakimiyyətinin başçısı Tahir Budaqov Oyunlarla bağlı Nizami rayonunda yeni idman obyektlərinin tikildiyini, bir çoxunun əsaslı təmir olunduqdan sonra istifadəyə verildiyini bildirib. Eləcə də, rayonda geniş abadlıq və quruculuq işlərinin aparıldığını vurğulayıb.
FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev "Birinci Avropa Oyunları ilə bağlı qarşıda duran ümumi vəzifələr” mövzusundakı təqdimatında fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təminatı təşkilatları və s. məsələlərdən danışıb. Müəssisələrin birgə mümkün fəaliyyətinin istiqamətləri və bu istiqamətlər üzrə aidiyyəti təşkilatlar qarşısında duran ümumi vəzifələrdən bəhs edib.
Qrup meneceri Devid Stor Təhlükəsizlik Departementinin fəaliyyəti, eləcə də yarışlar zamanı ehtimal olunan potensial təhlükələr, onlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə danışıb.
Müzakirələrdə çıxış edən rayonun idarə və təşkilatlarının rəhbərləri aparılan hazırlıq işləri, mövcud problemlər və onların həlli yolları barədə məlumat veriblər.
Müşavirənin sonunda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.