Bayden göstəriş verdi:ABŞ İsrailə əlavə yardım edəcək

ABŞ Prezidenti Co Bayden Fələstinin HƏMAS radikal təşkilatının yaraqlılarının hücumu ilə əlaqədar İsrailə əlavə yardım göstərilməsinə göstəriş verib.

Bu barədə Ağ Ev ötən gün məlumat yayıb.

“Bu səhər milli təhlükəsizlik heyəti prezident və vitse-prezident Kamala Harrisə İsraildəki vəziyyətlə bağlı məlumat verib. Prezident HƏMAS-ın misli görünməmiş terror hücumu qarşısında İsrailə əlavə yardım göstərilməsi barədə göstəriş verib”, - məlumatda deyilir.

Ağ Ev hansı yardımdan söhbət getdiyini açıqlamayıb.