Bayden Zelenskiyə xəbərdarlıq etdi

ABŞ Prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenskini Vaşinqtonun Kiyevə kifayət qədər yardım göstərməməsi barədə şikayətlərini dayandırmağa çağırıb.

Mənbə bu barədə Ağ evin sabiq əməkdaşlarından birinə istinadən məlumat yayıb.

Qeyd olunur ki, Ukraynada hərbi əməliyyatlar başlayanda V.Zelenski dəfələrlə ABŞ-ı Ukraynaya silah tədarükünü artırmağa, habelə Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə çağırıb.

“Baxmayaraq ki, bu çağırış səsləndirilməmişdən əvvəl Ağ ev və Konqres artıq Kiyevə görünməmiş səviyyədə yardım etmiş və müasir silahlar göndərmişdi. Co Bayden isə öz növbəsində V. Zelenskiyə deyib ki, əgər Ukrayna lideri yardımın kifayət etmədiyini söyləməyə davam etsə, Konqresdən pul istəmək onun üçün çətin olacaq”, – xəbərin müəllifi yazır.

Ağ evdən xəbəri dərc edən qəzetə bildirilib ki, Rusiya Ukraynada xüsusi əməliyyatı başlayandan bəri ABŞ və Ukrayna prezidentləri hər 2-3 həftədən bir əlaqə saxlayırlar:

“Bundan əvvəlki telefon danışığı oktyabrın 10-da baş tutub. Daha sonra Bayden Rusiyanın Ukraynadakı infrastruktur obyektlərinə raket zərbələri endirməsini pisləyib və Kiyevə özünümüdafiə üçün lazım olan yardımın göstərəcəyini vəd edib”.