Aydın Əliyev: "Gömrük orqanları buna qarşı ciddi tədbirlər görür"

"Azərbaycanda tətbiq edilən Avro-4 standartları ilə bağlı ölkəmizə gətirilən nəqliyyat vasitələrinin sayı azalıb”. Bu sözləri Azərbaycan Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev jurnalistlərə açıqlamasında deyib.

Komitə sədrinin sözlərinə görə, buna səbəb avtomobillərin gətirilməsi ilə bağlı qoyulan məhdudiyyətlərdir: "Bəzi işbazlar köhnə maşınları sərhəddən keçirərək ölkə daxilində qeyri-rəsmi satışını təşkil edir. Yaxud da həmin avtomobillərin əsas hissələrini çıxararaq, satışını həyata keçirirlər. Gömrük orqanları buna qarşı ciddi tədbirlər görür”.