Xəbər verildiyi kimi, iyunun 15-i saat 8 radələrində Ermənistanın Silahlı Qüvvələrinin növbəti terror-təxribat-provakasiya əməlləri nəticəsində hərbi qulluqçu, gizir Elşən Rüstəmov yaralanıb.
Sabahinfo.az REAL TV-yə istinadən xəbər verir ki, hərbi qulluqçumuzun həyati təhlükəsi yoxdur.
E.Rüstəmov hazırda intensiv müalicə alır.
Sol ayaq nahiyəsindən yaralandığını bildirən hərbçimiz deyib ki, üçrəngli bayrağımızı dalğalandırmaq istəyərkən düşmən atəş açmağa başlayıb.