Türkiyənin yeni istehsalı olan və silahla təchiz edilmiş "Bayraktar TB3" pilotsuz uçuş aparatının (PUA) ilk uçuşu uğurlu alınıb.
Bu barədə Sabahinfo.az-a "Baykar" şirkətinin Mətbuat xidmətindən bildirilib.
İlk uçuş Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünə həsr olunub.
Məlumata görə, "Baykar" şirkətinin Texniki direktoru Səlcuq Bayraktarın rəhbərliyi altında həyata keçirilən "Bayraktar TB3"in ilk uçuş sınağı Tekirdağın Çorlu rayonundakı AKINCI Uçuş Tədris və Test Mərkəzində başlayıb. Bu gün, Cümhuriyyətin 100-cü ildönümünə iki gün qalmış saat 08.30-da havaya qalxan "Bayraktar TB3" havada sistem identifikasiya testlərini uğurla tamamlayaraq 1 saatlıq uçuşu həyata keçirib.