Bayram namazında Şeyxülislamı Hacı Faiz əvəz edəcək

Ramazan bayramında Şeyxülislam Allahşükür Paşazadəni pişnamazda “Təzəpir” məscidinin imamı Hacı Faiz əvəz edəcək.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova bildirib.

QMİ rəsmisi deyib ki, bayram günü imam-camaat Hacı Faiz olacaq: “Təzəpir” məscidinin 3 imamı var. Amma onların içərisində qazı olanı Hacı Faizdir. Bu səbəbdən də pişnamaz Hacı Faiz olacaq”.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə mayın 1-də Avropa Şurasının “Din və sülh, din və insan hüquqları üzrə dinlərarası dialoq” mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak etmək üçün səfərə yola düşəcək. Şeyx bu səbəbdən Ramazan bayramı namazında iştirak etməyəcək.