Bayramov və Mirzoyan arasında görüş keçiriləcək

Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanla yanaşı, hər iki ölkənin XİN rəhbərləri Ceyhun Bayramov və Ararat Mirzoyanın növbəti görüşü planlaşdırılır.

Sabahinfo.az xəbər verir ki, bu barədə jurnalistlərə xarici işlər nazirinin müavini Mnatsakan Safaryan bildirib.

Safaryan qeyd edib ki, 19 mayda baş tutacaq görüş zamanı sülh sazişinin mətni danışıqlar masasında olacaq.