AZƏR KƏRİMLİDƏN TƏLƏB

Şəkildə gördüyünüz bu xanım 1993 cü ildə Tərtərdə şəhid olmuş Əliyev Nail Elmar oğlunun (Allah rəhmət eləsin) anası Səmayə xanımdır. Vur-tut bir oğlu Samirə bir neçə ay əvvəl böyrək transplantasiya olunduğu üçün ailələrində hər kəs virus və infeksiyaya qarşı tibbi maska ( ağ lent yox!) istifadə edir. Bunu Qaxdan 5-ci dəfə deputatlığa namizəd Azər Kərimli öz "Facebook” səhifəsində yazıb. "Son bir ayda təbliğatınızda şəhidlərin ruhu,şəhid analarınln hissiyatı ilə nə qədər oynadınız!!! İndi özünüzdə cəsarət tapıb Səmayə xanımdan üzr istəyin!!!”-deyə, o, sonra yazıb.