"Yeni ili mənim kimi hiss edən olmadı. İlin sonu mənim üçün doğrudan da bayram oldu".
Sabahinfo.Az xəbər verir ki, bunu azvision.az-a bir müddət əvvəl səhhətində problem yaranan aşıq Azər Xanlaroğlu deyib. Aşıq hazırda vəziyyətinin normal olduğunu söyləyib.
"Özümü normal hiss edirəm. Bədənimdə ağrılar yoxdur. Həkimin qəbulunda olandan sonra müalicənin yaxşılığa doğru gedəcəyinə inanıram. Bayramda Tovuzda, Gürcüstanda oldum. Əhval-ruhiyyəm yüksək səviyyədədir. Son günlər özümü tək fiziki deyil, mənəvi cəhətdən də yaxşı hiss edirəm. Yenidən efirlərə qayıtmaq, peşəmi davam etdirmək istəyirəm. Yaşamaq istəyirəm. İstəmirəm arzularım ürəyimdə qalsın".
Qeyd edək ki, Aşıq Azər 3 ildir hepatit xəstəliyindən əziyyət çəkir. Eyni zamanda aşığın ayağında fil xəstəliyi - kəskin şiş aşkar edilib. O, həmçinin sürətli piylənmədən əziyyət çəkir.