Dağıstan Respublikasının Buynak rayonunda dövlət xadimi Xizri Şıxsaidovun mükafatı uğrunda sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından Oxu.Az-a verilən məlumata görə, turnirdə iştirak edən sərbəst güləş üzrə yığma komandanın üzvləri 4 bürünc medala sahib olub.
Azərbaycanı təmsil edən güləşçilərdən Ənvərbəy Dalqatov (65 kq), Məhəmməd Abdullayev (74 kq), Əli İsayev və Umar İsrailov (hər ikisi 125 kq) fərqlənib. Onların hamısı bürünc medal qazanıb.
65 kq-da mübarizə aparan Davud İbrahimov isə 5-ci yerlə kifayətlənib.