Avropa Millətlər Kubokunda Azərbaycan güləşçisi Ali Maqomedabirovla Belarus idmançısı İvan Yankovski arasında keçirilən görüş insidentlə yadda qalıb.
Sabahinfo.az-ın məlumatına görə, təmsilçimiz hesabda 4:3 öndə olduğu zaman güləşçilər arasında dava baş verib.
125 kq çəkidə yarışan güləşçilər gözlənilmədən bir-birilərinə yumruq zərbələri endirməyə başlayıb. Lakin məşqçilər heyətinin araya girməsi nəticəsində tərəfləri sakitləşdirmək mümkün olub.
Qeyd edək ki, hər iki idmançı yarışdan diskvalifikasiya olunub və yarışın nəticəsi ləğv edilib.qol.az