Baş Cinayət Axtarışı İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Şəki şəhər sakinləri, əvvəllər məhkum olunmuş Hümmətov Ceyhunun və Abulhəmidov Səbuhinin , Gürcüstan vətəndaşı Tangiz adlı şəxsə 1300 manata silah satmaq məqsədilə içərisində 1 ədəd avtomat, patron və patron darağı olan qutunu Bakı şəhərinə göndərmək üçün həmyerliləriElşən Məhərrəmova vermələri müəyyən edilib. Milli.Az Region TV-yə istinadən xəbər verir ki, görülmüş tədbirlər nəticəsində Ceyhun Hümmətov, Səbuhi Abulhəmidov və Elşən Məhərrəmov saxlanılıblar. Elşən Məhhərrəmov izahatında bildirib ki o, qeyd edilən qutunu Bakı şəhərinə aparması üçün həmyerlisi Elşən Göyüşova verib.
İyunun 29-da keçirilmiş tədbirlər zamanı Elşən Göyüşovun idarə etdiyi "Mercedes" markalı avtomobil Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən Qobustan rayonu ərazisində saxlanılıb. Daha sonra sürücü avtomobillə birgə araşdırmalar aparılması üçün Şəki Şəhər-Rayon Polis Şöbəsinə təhvil verilib.
Polisdən verilən məlumata görə, avtomobilə baxış zamanı içərisində 1 ədəd "АКSU" markalı silah, 24 ədəd patron və 1 ədəd patron darağı olan qutu aşkar edilib. Həmçinin araşdırmalar zamanı Səbuhi Abulhəmidovun Şəki şəhərindəki evinə baxış keçirilib. Həmin zaman oradan 1 ədəd "F-1" qumbarasıda aşkar edilərək götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir. Saxlanılan şəxslərin digər cinayətlərdə əlinin olub-olmaması araşdırılır.