Azərbaycanın 19 yaşadək futbolçulardan ibarət yığma komandası Avropa çempionatının ilkin seçmə mərhələsində son oyununu keçirib.
sabahinfo.Az-ın Report-a istinadla məlumatına görə, Litvada təşkil olunan qrup matçında rəqib meydan sahibləri olub.
Yunanıstanlı Georgios Kızasın idarə etdiyi qarşılaşma Nazim Süleymanovun baş məşqçisi olduğu komandanın qələbəsi ilə yekunlaşıb - 2:0. Qolları 33-cü dəqiqədə Fərid Nəbiyev, 45+1-ci dəqiqədə isəRövlan Muradov vurub.
Beləliklə, Azərbaycan yığması 5-ci qrupu 3 xalla 3-cü pillədə başa vurub. Avstriya 9 xalla 1-ci, Bosniya və Herseqovina 6 xalla 2-ci yeri tutub. Bütün oyunlarından məğlub ayrılan Litva isə qrup sonuncusu olub.