Azərbaycanın voleybol millisi - Avroliqanın finalında

Bu gün qadın voleybolçular arasında Avropa Liqasında yarımfinalın cavab görüşləri keçirilib.

sabahinfo.az xəbər verirki, Azərbaycan millisi Yunanıstanla qarşılaşıb.

İlk matçda olduğu kimi, cavab qarşılaşmasında da millimiz qələbə qazanıb. Bu oyun da 3:1 hesabı ilə başa çatıb.

Bununla da hər iki oyunda inamlı qəlbə qazanan Faiq Qarayevin yetirmələri tarixində ilk dəfə yüksəldiyi yarımfinal mərhələsindən sonra daha bir ilkə imza ataraq finalda oynayacaq. Artıq finaldakı rəqibimiz də məlumdur. Voleybolçularımız Sloveniyanı 3:1 (ilk oyun 3:2) məğlub edən Slovakiya ilə qarşılaşacaq.

Final matçı 30 iyunda baş tutacaq.