Bu gün axşam saat 23.00 radələrində Baki-Böyük Kəsik dəmir yolu
xəttinin Goranboy rayon ərazisindən keçən hissəsində qəza hadisəsi baş
verib.
Kəpəz TV-nin verdiyi xəbərə görə, dəmir yolu ilə hərəkət edən qatar relsdən çıxaraq aşıb.
Hazırda həmin xətt üzrə hərəkət edən qatarların hərəkəti dayanadırılıb.
Azərbaycan
Dəmir Yolları qapalı səhmdar cəmiyyətinin əməkdaşları hərəkətin bərpa
olunması istiqamətində iş aparır. Qəzanın səbəbləri hələlik məlum deyil.