Görüşdə Baş İdarənin rəisi Raqif Abbasov qonaqları salamlayaraq ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən gənclər və idman sahələrində səmərəli əməkdaşlığın olduğunu bildirib. Azərbaycan və Rusiya idmançılarının mötəbər beynəlxalq yarışlarda mühüm nailiyyətlər qazandıqlarını vurğulayan R.Abbasov bu ilin iyununda keçirilən birinci Avropa Oyunlarında hər iki ölkə atletlərinin uğurla çıxış etdiklərini diqqətə çatdırıb.
Moskvanın Bədən Tərbiyəsi və İdman Departamentinin kadrlar və təltifetmə idarəsinin rəisi Stella Bajenova və beynəlxalq əlaqələr üzrə baş mütəxəssis Mariya Nikolayeva Azərbaycana ikinci dəfə səfər etdiklərini vurğulayaraq ölkəmizdə "Moskva günləri”nin keçirilməsindən məmnunluqlarını bildiriblər.
Rusiyanın mötəbər yarışlara ev sahibliyi etməyə hazırlaşdığını vurğulayıblar. Gələn ilin mayında Moskvada xokkey üzrə dünya çempionatının keçiriləcəyini qeyd edən qonaqlar Azərbaycanın Rusiyada təşkil edilən mötəbər yarışlarda güclü komandalarla təmsil olunduqlarını diqqətə çatdırıblar.
Tədbirdə Azərbaycan ilə Rusiya arasında gənclər və idman sahəsindəəməkdaşlıq məsələləri müzakirə edilməsindən danışıb. Hətta qonaqlar Azərbaycanda keçirilən Bakı 2015 Avropa Oyunlarındahaqqında öz təəssüratlarını bildiriblər: Azərbaycan qısa bir zaman ərzində yarışa möhtəşəm hazırlaşdığını vurğulayıblar.
Eyni zamanda Azərbaycan Formula-1, İslam Həmrəylik Oyunları kimi böyük layihələrə hazırlaşdığınıBakı Şəhər Gənclər və İdman Baş İdarənin rəisi Raqif Abbasov jurnalistlərə müsahibəsində bildirib.
Görüşdə, həmçinin Sidney Yay Olimpiya Oyunlarının sərbəst güləş üzə çempionu Namiq Abdullayev, Pekin Yay Olimpiya Oyunlarının cüdo üzrə çempionu Elnur Məmmədli, habelə Rusiya Bədən Tərbiyə və İdman Departamentinin müavini və Rusiyanın sərbəst güləş üzrə olimpiya çempionları David Musulbes, Vadim Boqiev iştirak ediblər.
Sonda qonaqlara xatirə hədiyyələri təqdim olunub.
E-News.Az