Bakıda 2 qadın maşının altında qalıb öldü - BİRİ YOLU TƏMİZLƏYİRMİŞ

Daxili İşlər Nazirliyi Bakıda piyadaların ölümü ilə nəticələnən yol qəzaları ilə bağlı məlumat yayıb. Sabahinfo.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, dekabrın 20-də saat 15 radələrində Binəqədi qəsəbəsində Bakı şəhər sakini Knyaz Abbasov idarə etdiyi "İveco" markalı avtomobili ilə yolu keçən qəsəbə sakini Kəmalə Tahirovanı vurub və nəticədə piyada hadisə yerində ölüb.


Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

 

Bundan başqa dekabrın 20-də saat 07 radələrində paytaxtın Nizami rayonu ərazisində Bakı şəhər sakini Seyran Ağayev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolun hərəkət hissəsində təmizlik işləri aparan Yardımlı rayon sakini Minarə Abıyevanı vurub. Nəticədə M.Abıyeva hadisə yerində ölüb.

 

Nizami RPİ tərəfindən araşdırma aparılır.

 

*****

 

10:49

 

Bakıda ölümlə nəticələnən yol qəzaları baş verib. Sabahinfo.az-ın məlumatına görə, Binəqədi rayonu ərazisində, Mehdiabada gedən yolda "İveco" markalı, 99 BO 494 dövlət qeydiyyat nişanlı yük maşını 61 yaşlı qadını vurub. Ağır xəsarətlər alan qadının həyatını xilas etmək mümkün olmayıb.

 

Oxşar hadisə Nizami rayonu ərazisində - Mikayıl Əliyev küçəsində də baş verib. Burada "Mercedes" markalı minik avtomobili, 59 yaşlı qadını vurub. Piyada aldığı xəsarətlərdən vəfat edib.

 

Hər iki faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.