Bakıda 2 qardaş faciəsi: dərman birini öldürdü, digərini ölümcül hala saldı - YENİLƏNİB

Bakıda iki qardaşın dərmandan zəhərlənməsi hadisəsi ilə bağlı bəzi məqamlar aydınlaşıb. Lent.az xəbər verir ki, Ağami və Dadaş İsmayılov qardaşlarının Nərimanov rayonunda yaşadıqları evdə yüksək dozalı və narkotik tərkibli anti-depressiv dərman qəbul etdiyi məlum olub. Təxminən 5-6 saat evdə huşsuz vəziyyətdə qalan qardaşlardan daha ağır vəziyyətdə olan Dadaş İsmayılov təcili olaraq yaxınlıqdakı 5 saylı xəstəxanaya aparılıb. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Ağami Dadaşov isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilib. Onun vəziyyəti ağır qiymətləndirilir.

 

 

*****

 

11:33

 

Bakıda iki qardaş dərmandan zəhərlənib. Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanvarın 29-da Nərimanov rayonu ərazisində yaşayan Dadaş İsmayılov və qardaşı Ağami dərmandan zəhərlənmə ilə xəstəxanaya gətirilib, Dadaş orada ölüb.

 

Araşdırma aparılır.