Aprelin 9-u və 10-da Bakıda SOCAR-ın dəstəyi ilə növbəti – VIII Beynəlxalq Xəzər neft-qaz, ticarət-nəqliyyat konfransı keçiriləcək. Artıq 8-ci ildir ki, keçirilən builki konfransın təşkilatçıları Böyük Britaniyanın "Confidence Capital" şirkəti və Bakı Ali Neft Məktəbidir. Bu barədə Ali Məktəbin İctimaiyyətlə Əlaqələr şöbəsidən məlumat verilib.
Hər il olduğu kimi bu konfrans da müasir Azərbaycanın dinamik inkişafını təmin etmiş neft strategiyasının banisi Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunub.
Konfransda Xəzər regionunda karbohidrogen ehtiyatlarının hasili, nəqli və satışının mövcud vəziyyəti və yaxın perspektivləri haqqında beynəlxalq ekspertlərin və Xəzəryanı ölkələrin yanacaq-enerji komplekslərinin rəhbər işçilərinin və mütəxəssislərinin məruzələri dinləniləcək.
Konfrans həm də Azərbaycanın neft strategiyasının uğurlarının təbliğ edilməsi və mütəxəssislər arasında işgüzar əlaqələrin yaradılması üçün əlverişli platforma olacaq.