Balıqçılar Medvedevi balıqsız uxaya qonaq etdilər

Rusiya prezidenti Vladimir Putin  baş nazir Dmitri Medvedevlə  birlikdə Novqorod vilayətində Lipno adasına səfər edib. Sabahinfo.az-ın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, burada onlar balıqçılarla görüşüb. Məlumata görə, balıqçılar ölkənin rəsmilərini tonqal arxasında uxaya (balıq şorbası) qonaq ediblər.

 

"Mənim boşqabımda bir dənə də olsun balıq tikəsi yox idi”, - deyə Medvedev zarafatyana gileyləndi. "Amma  çox dadlı idi”, - deyə baş nazir əlavə etdi.     

 

Məlumata görə, balıqçılar dövlət rəsmilərini Novqoroda təkrar səfər etməyə dəvət edərək, gələn dəfə daha dadlı uxaya qonaq edəcəklərini vəd ediblər.