Baş nazir Qarabağ probleminin həlli variantından danışdı

"Bütün səylərə baxmayaraq işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından hələ də həllini tapmamış Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinə alternativ yoxdur".

 

APA-nın məlumatına görə, bunu Azərbaycan baş naziri Artur Rasizadə VII Azərbaycan-Rusiya Regionlararası Forumunun nümayəndələri ilə görüşü zamanı deyib.

 

O həmçinin qonaqlara enerji və nəqliyyat layihələri, Azərbaycanın qeyri-neft sektorunda və sosial sferada aparılan işlər barədə məlumat verib.