Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun dəvətilə sentyabrın 26-da Belarusun müdafiə naziri, general-leytenant Andrey Ravkovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, səfər çərçivəsində qonaqların bir sıra görüşləri və "ADEX-2016" 2-ci beynəlxalq müdafiə sərgisində iştirakı nəzərdə tutulub.
Səfər sentyabrın 29-dək davam edəcək.