"BMT Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə tərəfdardır və bu məsələnin tez bir zamanda həll olunacağına inanır”.
sabahinfo.Az xəbər verir ki, bunu BMT-nin rezident əlaqələndiricisi Qulam İsakzai jurnalistlərə müsahibəsində deyib.
Onun sözlərinə görə, BMT ATƏT-in Minsk qrupunun fəaliyyətini dəstəkləyir və məsələnin sülh yolu ilə həllini tapmaq həmsədr ölkələrinin işidir.