Britaniya Avropa İttifaqının tərkibindən çıxma proseduruna 2017-ci ilin martından başlayacaq.
sabahinfo.Az BBC-yə istinadən xəbər verir ki, bu barədə Birləşmiş Krallığın baş naziri Tereza Mey bildirib.
Beləliklə, Mey Lissabon sazişinin 50-ci maddəsinin qüvvəyə minməsinin tarixini təsdiqlədi. Bu tarixdən ikiillik ayrılma prosesi başlayacaq.