“Bu beynəlxalq bəlaya qarşı səmərəli mübarizə aparmaq olar"

"Bu gün Azərbaycan pandemiyaya qarşı qlobal müstəvidə də fəal rol oynayaraq, öz töhfəsini verməkdədir. Azərbaycam qlobal səviyyədə pandemiyaya qarşı mübrizədə öz töhfəsini vermək istiqamətində çox ciddi addımlar atıb və atmaqdadır. Azərbaycan yaxşı bilir ki, ancaq beynəlxalq həmrəylik nümayiş etdirib, birgə əməkdaşlıq nəticəsində bu beynəlxalq bəlaya qarşı səmərəli mübarizə aparmaq olar. Ona görə də fəaliyyətini təkcə ölkə daxilində deyil, qlobal səviyyyədə qurub”.

 XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında deputat İqbal Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycan Prezidentinin təşəbbüsü ilə pandemiyaya qarşı  beynəlxalq həmrəyliyin yaradılaraq birgə mübarizə aparılması isitqamətində ciddi addımlar atıldı. "Azərbaycan ilk olaraq Ümümdünya Səhiyyə Təşkilatına 5 milyon dollar həcmində yarım göstərdi, ardınca Türk Şurasına üzv ölkələrin dövlət başçılarının Zirvə görüşünü keçirdi. Bundan ardınca isə  daha ciddi formada beynəlxalq həmrəyliyin təmin olunması istiqamətində Qoşulmama Hərəkatının Zirvə görüşünü keçirməyə nail oldu. Bunun davamı olaraq  Azərbaycan dünyada pandemiyadan əziyyət çəkən ölkələrdə COVİD-19-a qarşı daha effektiv mübarizə aparmaq üçün ÜST daha 5 milyon dollar həcmində yardım ayırdı. Azərbaycan pandemiya çərçivəsində  10-dan çox ölkəyə yardım göstərib. Həmin ölkələrə yük təyyarələri, tibbi ləvazimat, dezinfeksiya materialları göndərib. Bəzi ölkələrə maliyyə yardımı göstərilib. Bununla da Azərbaycan qlobal səviyyədəki problem qarşısındakı məsuliyyətini dərk edərək  fəal şəkildə  öz töhfəsini verməkdədir. Azərbaycanın bu fəaliyyəti də beynəlxalq aləm tərəfindən yüksək qiymətləndirilir”- İ. Məmmədov bildirib.