Yerli vaxtla səhər saat 8:00-da Mərkəzi Seçki Komissiyasının sədri Tamar Jivaniya səsvermənin başlandığını elan edib, bütün seçki məntəqələri açılıb və səsvermə başlayıb.
Bildirilib ki, seçkilərin ikinci turu ilə əlaqədar Gürcüstan üzrə 3 min 703 və xarici ölkələrdə 55 seçki məntəqəsi yaradılıb. Seçki bülletenləri bütün məntəqələrə çatdırılıb.
Seçki məntəqələrinin üçü Azərbaycanda açılıb.
Səsvermə Gürcüstanda yerli vaxtla saat 20:00-da, xarici ölkələrdə isə saat 24:00-da başa çatacaq.
MSK-nın məlumatına görə, ümumi seçicilərin sayı 3 milyon 528 min 658 nəfərdir.
Səsvermənin gedişini seçici subyektlərinin 17 min nəfər nümayəndəsi, 48 min 500 yerli və 1300 beynəlxalq müşahidəçi, eyni zamanda, 2300 yerli və xarici mətbuat nümayəndəsi izləyəcək.