İtaliya A Seriyasının 30-cu turunda keçirilən "Napoli" - "Yuventus" matçı (1:1) qonaqların qapıçısı Canluici Buffon üçün əlamətdar olub.
Qol.az-ın xəbərinə görə, 39 yaşlı qolkiper A Seriyasında 615-ci qarşılaşmada meydana çıxıb. Bununla da o, "İnter"in sabiq futbolçusu Xavyer Zanettiya çatıb.
İtaliya çempionatında ən çox oyun keçirən futbolçu isə (647) "Milan"ın əfsanəvi kapitanı Paulo Maldinidir.