Dekabrın 3-də bütün dünyanın futbol azarkeşlərinin diqqəti İspaniyanın Barselona şəhərinə yönəlmişdi.
sabahinfo.az-ın məlumatına görə, İspaniya La Liqasının 14-cü turunda "Barselona” "Nou Kamp”da "Real”ı qəbul edib. Oyunun 5-cü dəqiqəsində Suares "Barselona”nı hesabda irəli çıxarıb – 1:0. 90-cı dəqiqədə Ramos bərabərlik qolunu vurub - 1:1.
Oyun 1:1 hesabı ilə başa çatıb.
Bu, komandalar arasında keçirilən sayca 265-ci ”El Klassiko” olub. Nəticədə komandalar arasında 33-cü heç-heçə qeydə alınıb.
Qeyd edək ki, hazırda turnir cədvəlinə 34 xalla "Real" başçılıq edir. "Barsa" isə 28 xalla ikincidir.