Çavuşoğlu: “Erməni dostlarımız heç vaxt dürüst olmurlar”

"Düşüncəmiz fərqli ola bilər. Amma, əvvəlcə dürüst olmalıyıq. Siyasətçi mütləq dürüst olmalıdır.Təəssüf ki, erməni dostlarımız heç vaxt dürüst olmurlar. Bizim İŞİD-ə dəstək verdiyimizi necə söyləyə bilərsiz ki, bugünkü günə qədər hansı ölkə Türkiyə qədər İŞİD terroristi öldürüb?”

Sabahinfo.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu NATO Parlament Assambleyasının İstanbulda keçirilən 62-ci Baş Məclisindəki çıxışında Ermənistan deputatı Koryun Nahapetyana cavabında bildirib.

Erməni deputat tədbirdə çıxışı zamanı Türkiyəni İŞİD-ə dəstək verməkdə ittiham edib.